Çərşənbə axşamı , Noyabr 19 2019
Ana səhifə / Dünya / İsveçrədə xoruza gecələr banlamaq qadağan edildi

İsveçrədə xoruza gecələr banlamaq qadağan edildi

İsveçrənin Sürix kantonunun sakinləri xoruzun gecələr banlamasına görə, məhkəməyə şikayət ediblər.

“Neue Zurcher Zeitung” qəzeti xəbər verir ki, məhkəmə xoruzun sahibinin adi günlərdə quşun axşam saat 22:00-dan səhər saat 08:00-dək, bazar günləri isə axşam saat 22:00-dan səhər saat 09:00-dək “səssiz” qalmasını təmin etməyə dair hökm edib.

Xoruz göstərilən müddət ərzində toyuq hinini tərk edə bilməz.

Məhkəmə toyuq hininin səs izolyasiyasını yaxşılaşdırmağı da tələb edib.

Həmçinin oxuyun

İran Ali dini lideri benzinin bahalaşma qərarına dəsətk verdi: “Bu, icra olunmalıdır!”

İran Ali dini lideri Əli Xamenei hökumətin benzinin bahalaşması barədə qərarını dəstəkləyib. Bu barədə “Press …