Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / İsveçin Baş naziri Ərdoğana zəmanət verdi: Terrorçuları verəcək

İsveçin Baş naziri Ərdoğana zəmanət verdi: Terrorçuları verəcək

İsveçin yeni Baş naziri Ulf Kristersson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.
Məktubda İsveçin NATO-ya üzv olmaq üçün atdığı addımlar, o cümlədən Stokholmun terrorda şübhəli bilinən şəxslərin ekstradisiyası ilə bağlı Ankaranın müraciətlərinə dərhal baxacağına zəmanət verəcəyi yer alıb. Qeyd olunub ki, üçtərəfli sazişin bütün əsas elementləri üzrə konkret tədbirlər görülüb. Məktubda deyilir ki, İsveç terrorda şübhəli bilinən şəxslərin ekstradisiya tələblərini dərhal və hərtərəfli həll etməyi öhdəsinə götürür. Baş nazir əlavə edib ki, İsveç təhlükəsizlik xidmətləri PKK terror qruplaşmasına qarşı fəaliyyətini gücləndirib.

Xatırladaq ki, bu il iyunun 28-də NATO-nun Madriddə keçirilən Zirvə toplantısında Türkiyə, Finlandiya və İsveç arasında Üçtərəfli Memorandum imzalanıb. Memorandum çərçivəsində yaradılmış Daimi Birgə Mexanizmin ilk iclası avqustun 26-da Finlandiyanın Vantaa şəhərində keçirilib. Oktyabrın 5-6-da isə Ankarada Türkiyə Ədliyyə Nazirliyinin rəsmiləri İsveçdən olan həmkarları ilə görüşüblər.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …