Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / İsveç PKK üzvünü Türkiyəyə ekstradisiya edib

İsveç PKK üzvünü Türkiyəyə ekstradisiya edib

İsveç PKK üzvü olan şəxsi Türkiyəyə ekstradisiya edib.
TRT-yə istinadən xəbər verir ki, İsveç PKK üzvü olduğu üçün haqqında 6 il 10 ay həbs cəzası çıxarılmış Mahmut Tatı Türkiyəyə ekstradisiya edib. Tat həbs cəzasına görə 2015-ci ildə İsveçə gedərək sığınacaq üçün müraciət etsə də, rədd cavabı alıb.

Bir müddət əvvəl İsveçdə polis tərəfindən həbs olunan Tat Mölndaldakı təcridxanada saxlanılıb. Buradan isə o, təyyarə ilə Türkiyəyə göndərilib. PKK üzvlüyünə görə 6 il 10 ay cəzası olan Mahmut Tatın məhkəmə prosesi tamamlandıqdan sonra həbsi gözlənilir.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …