Cümə , Aprel 19 2019
Ana səhifə / Dünya / İstanbulda yaşayış binası çökdü: ölən və dağıntılar altında qalanlar var -FOTOLAR

İstanbulda yaşayış binası çökdü: ölən və dağıntılar altında qalanlar var -FOTOLAR

Türkiyənin İstanbul  şəhərində yaşayış binasında partlayış baş  verib.

Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə şəhərin Maltəpə qəsəbəsində qeydə alınıb.  Partlayışdan sonra  8 mərtəbəli yaşayış binası  çöküb.

On iki ailənin yaşadığı binanın çökməsi nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə  dağıntıların altında qalıb.

Hadisə  yerinə FHN əməkdaşları və təcili yardım briqadaları cəlb edilib.

Dağıntılar altında qalanların çıxarılması üçün tədbirlər görülür.

Həmçinin oxuyun

17 yaşı var, 56 min dollar təqaüd alacaq – Hamı Yasindən danışır

17 yaşlı azərbaycanlı şagirdin Sabancı Universitetindən 56 min dollar təqaüd qazanması sosial şəbəkələrdə maraqla qarşılanıb. …