Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Dünya / İstanbulda seçkilərində qanunsuzluğa dair araşdırmada FETÖ ilə əlaqəli 43 nəfər aşkarlanıb

İstanbulda seçkilərində qanunsuzluğa dair araşdırmada FETÖ ilə əlaqəli 43 nəfər aşkarlanıb

Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkilərində İstanbulda məntəqə seçki komissiyalarında qanunsuzluqlara yol verməkdə günahlandırılanlardan 43 nəfərinin Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəli olduğu aşkarlanıb.

ONA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, İstanbul Cümhuriyyət Prokurorluğu şübhəlilərin ikisinin təşkilatın şifrəli “ByLock” sosial şəbəkə istifadəçisi olduğunu, 41 nəfərinin terror təşkilatına nəzarətində olmuş Asiya Bankına pul qoyduğu üzə çıxarıb.

Araşdırmalar zamanı həmin 41 nəfərdən 2-nin FETÖ-yə yaxın təşkilatın üzvü olduğu aşkarlanıb.

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …