Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / İstanbulda hələ ki, rəsmi nəticə yoxdur… – Yenilənib

İstanbulda hələ ki, rəsmi nəticə yoxdur… – Yenilənib

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası ilə Milliyətçi Hərəkat Partiyasının qurduğu Cümhur İttifaqı ilə başda Cümhuriyyət Xalq Partiyası olmaqla digər müxalifət partiyalarının qurduğu Millət İttifaqı arasında keçirilən bələdiyyə seçkilərində İstanbul üzrə gərgin rəqabət olub.

“Qafqazinfo” xəbər verir ki, açılan 88,27 faiz sandıq üzrə Cümhur İttifaqının namizədi Binəli Yıldırım öndədir. O, səslərin 49,68 faizini toplayıb.

Onun ən güclü rəqibi, Millət İttifaqının namizədi Əkrəm İmamoğlu 47,77 faiz səslə şansını davam etdirir.

Ümüncü pillədə isə Sədaət Partiyasının namizədi 1,24 faiz səslə Nəcdət Gökçınardır.

***

İstanbulda 31 min 186 sandıqdan 30 min 806-sı (98,78 faizi) açılıb.

Binəli Yıldırımın səsi geriləyərək 48,71 faizə enib. Əvəzində isə Əkrəm İmamoğlunun səs faizi 48,65 faizə çatıb.

Hazırkı vəziyyətə əsasən son sandıqlar açılana qədər iki namizəddən hansının qələbə qazanacağını proqnozlaşdırmaq çətindir.

***

AKP-nin son açıqlamasına əsasən, 3870 səslə Binəli Yıldırım qalib gəlib. Eyni zamanda, CHP-də Ə. İmamoğlunun qalib gəldiyini açıqlayıb.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …