APA-nın “CNN Turk”ə istinadən verdiyi xəbərə görə, görüş zamanı tərəflər Suriyadakı vəziyyəti müzakirə etmək niyyətindədirlər.

Liderlər həmçinin Türkiyə-Rusiya-İran üçtərəfli sammitin gündəliyini müzakirə edəcəklər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə-Rusiya-İran üçtərəfli sammitlər Soçi, Ankara və Tehranda keçiriləcək.