Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Dünya / İstanbulda 11 mərtəbəli bina çökdü – VİDEO

İstanbulda 11 mərtəbəli bina çökdü – VİDEO

Türkiyənin İstanbul şəhərində 11 mərtəbəli bina çöküb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə şəhərin Sarıyer səmtində baş verib.

İki il əvvəl riskli olduğu üçün binanın boşaldılması böyük bir faciənin qarşısını alıb. Hadisə nəticəsində üç maşın zərər görüb.

Hadisə yerinə fövqəladə hallar, tibb, polis, bələdiyyə və AFAD əməkdaşları cəlb edilib. İlkin araşdırmalarla dağıntılar altında heç kimin qalmadığı qənaətinə gəlinib.

Dağıntı zamanı başqa binalara zərər dəyib-dəymədiyini müəyyənləşdirmək üçün işlər davam edir.

https://youtube.com/watch?v=kk1KH-bzcdo

Həmçinin oxuyun

Gürcüstan parlamenti ilk oxunuşda “rus qanunu”nu qəbul etdi

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.83 deputat “lehinə” səs …