Bazar , Yanvar 24 2021
Ana səhifə / Dünya / İstanbul-İrəvan aviareysi bərpa edildi

İstanbul-İrəvan aviareysi bərpa edildi

Türkiyənin “Atlas Global” aviaşirkəti İstanbul-İrəvan marşrutu üzrə uçuşlara yenidən başlayır.
Yeniavaz.com “Atlas Global” aviaşirkətindən açıqlanan məlumata istinadən bildirir ki, şirkət bu ilin 27 noyabr tarixindən etibarən İstanbul-İrəvan marşrutu da daxil olmaqla bütün istiqamətlərdə uçuşları müvəqqəti olaraq dayandırıb. 
Məlumatda bildirilir ki, təxminən 25 günlük fasilədən sonra İstanbul-İrəvan marşrutu üzrə ilk  uçuş dekabr ayının 22-də həyata keçiriləcək. İstanbul-İrəvan aviareysində biletin qiyməti 785 lirəyə (133 dollar) bərabərdir. Əvvəllər bu qiymət təxminən 200 dollara bərabər olub.
Məlumat üçün bildirək ki, “Atlas Global” aviaşirkəti Türkiyənin ən böyük şəhərindən – İstanbuladan Ermənistanın paytaxtına həftədə iki dəfə birbaşa uçuşlar həyata keçirir.

Həmçinin oxuyun

“İcazəsiz aksiya ilə bağlı bir neçə maddə üzrə cinayət işləri başlanılıb” – İstintaq Komitəsi

Moskvada təşkil olunmuş razılaşdırılmamış aksiya ilə bağlı İstintaq Komitəsi tərəfindən cinayət işləri başlanılıb. Bu barədə …