Sosial şəbəkədə biz:
İstanbul formatı aktuallığını itirib - Ukrayna XİN
Xəbər Şəkli

İstanbul formatı aktuallığını itirib - Ukrayna XİN

13 July 2025, 01:28
Dünya

Ukrayna xarici işlər nazirinin müavini Sergey Kislitsa İstanbulda keçirilən danışıqlar formatının faktiki olaraq öz aktuallığını itirdiyini bildirib.

APA xəbər verir ki, bu barədə o, "The Kyiv Independent" nəşrinə verdiyi müsahibədə danışıb.

Kislitsanın sözlərinə görə, sözügedən formatda humanitar məsələlər istisna olmaqla, tammiqyaslı danışıqlar aparılmayıb və Rusiya Kiyevin təklif etdiyi atəşkəs şərtlərini rədd edib.