Bazar ertəsi , Mart 20 2023
Ana səhifə / Dünya / İsrailin Baş naziri Türkiyə Prezidentinə zəng edib

İsrailin Baş naziri Türkiyə Prezidentinə zəng edib

İsrailin yeni baş naziri Yair Lapid Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək Türkiyə dövlət başçısını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Türkiyə-İsrail əlaqələri və regional proseslər müzakirə olunub.

Türkiyə dövlət başçısı Yair Lapidi Baş nazir seçilməsi münasibətilə təbrik edib.

Cari il noyabrın 1-də keçiriləcək seçkilərin İsrail xalqı üçün xeyirli olmasını diləyən Prezident Rəcəb Tayyib Ərdoğan seçkilərə qədər yeni məskunlaşdırılmaya icazə verilməməsini, Əl-Əqsa məscidinə aid status-kvonun qorunması kimi siyasətlərin davam etdirilməsini arzuladıqlarını bildirib.

Həmçinin oxuyun

Ermənistanda hamı oğurlayır-Erməni mətbuatı

Ermənistanda büdcə oğurluğu, korrupsiya bütün hökumətlərin dövründə geniş vüsət alıb.  Nikol Paşinyan hakimiyyətə pafoslu şüarlarla …