Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / İsraildə parlament seçkilərinin nəticələri açıqlandı

İsraildə parlament seçkilərinin nəticələri açıqlandı

İsrail Mərkəzi Seçki Komissiyası Knessetə (parlamentə) noyabrın 1-də keçirilmiş növbədənkənar seçkilərinin yekun nəticələrini açıqlayıb.

Bakupost.az xarici mediaya istinadən bildirir ki, keçmiş baş nazir Benyamin Netanyahunun “Likud” partiyası 120 yerlik parlamentdə 32 yer alaraq birinci yeri tutur.

Hazırkı baş nazir Yair Lapidin partiyası ikinci yerdədir və 24 mandat alacaq. Sonrakı yerdə 14 mandatla İtamar Ben-Qvir və Bezalel Smortiçin bloku, ardınca 12 mandatla hazırkı müdafiə naziri Benni Qantsın bloku gəlir. Aviqdor Libermanın “İsrail Evimiz” partiyası altı mandata sahibdir.

Qeyd edək ki, Lapid müxalifət lideri Netanyahuya zəng edərək onu qələbəsi münasibətilə təbrik edib. Baş nazir əlavə edib ki, o, artıq öz aparatına qarşıdan gələn səlahiyyətlərin ötürülməsinə hazırlaşmağı tapşırıb.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …