Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Dünya / İsraildə 40 məscid bağlanıb və ya sökülüb, 17-i isə əyyaşlıq obyektlərinə çevrilib…

İsraildə 40 məscid bağlanıb və ya sökülüb, 17-i isə əyyaşlıq obyektlərinə çevrilib…

Israildəki Ərəb Vətəndaşların Işləri üzrə Yüksək Komitə tərəfindən aparılan bir araşdırma ölkə rəsmilərinin onlarla məscidi sinaqoqlara və dinə heç bir aidiyyatı müəssisələrə çevirdiklərini üzə çıxarıb.

Moderator.az xəbər verir ki,  bu haqda Türkiyənin “Daily Sabah” nəşri məlumat yayıb.
Məlum olub ki, 15 məscid İsrail hakimiyyəti tərəfindən sinaqoqlara çevrilib, daha 40 məscid isə bağlanıb və ya sökülüb. Bununla belə, insan haqları fəallarının aşkar etdiyi ən şok fakt 17 məscidin alkoqollu içkilərin qəbul edildiyi iaşə obyektlərinə, kafe, bar, restoranlara, anqarlara və s. çevrilməsi olub.

O cümlədən, Safed şəhərindəki Əl-Əhmər məscidi konsert salonuna, Kesariyadakı əl-Cədid məscidi isə bara çevrildi. Bənzər aqibət Hayfa şəhərindəki Ayn Haud məscidində və Yaffadakı Əl-Siksik məscidinin üst qatının başına gəlib.
Komitə sözçüsü Kamal Xətibin sözlərinə görə, Fələstin məscidləri müsəlman və xristian kimlik təzahürlərini məqsədyönlü şəkildə silməyə çalışan İsrail hakimiyyəti üçün asan bir hədəf halına gəlib.

Həmçinin oxuyun

İranın yüksək rütbəli zabiti İraqda öldürüldü – KİV

“RT Arabic” telekanalı İraqdakı mənbələrinə istinadən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri Müslüm …