Ana səhifə / Dünya / İsrail səfiri “BMT Nizamnaməsini” parçaladı – VİDEO

İsrail səfiri “BMT Nizamnaməsini” parçaladı – VİDEO

İsrailin BMT-dəki səfiri Gilad Erdan iclası zamanı BMT nizamnaməsinin surətini məhv edib.

Buna səbəb BMT Baş Assambleyasının Fələstinin təşkilata tamhüquqlu üzv olmasının lehinə səs verməsi olub.

Nyu-Yorkda baş tutan iclas zamanı Gilad Erdan kiçik bir kağızparçalayıcı götürüb və içinə “BMT Nizamnaməsi” sözləri yazılmış üç vərəq qoyub.

“Siz BMT Nizamnaməsini pozursunuz… Ayıb olsun sizə”, – deyə o bildirib.

Qeyd edək ki, BMT Baş Assambleyasında Fələstinin təşkilata tamhüquqlu üzvlüyü ilə bağlı fövqəladə sessiya keçirilib.

BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib.

Sənədi 143 dövlət dəstəkləyib, doqquz ölkə qarşı çıxıb, 25 dövlət isə bitərəf qalıb. 

https://baku.tv/embed/137054

Həmçinin oxuyun

Yusif Ələkbərov yenə Rusiyada ən varlı varis oldu – Onu 28,6 milyardlıq miras gözləyir

Məşhur “Forbes” nəşri rusiyalı milyarderlərin ən zəngin varislərinin növbəti reytinqini dərc edib.Yeniavaz.com xəbər verir ki, ötən …