Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / İsrail Prezidenti Türkiyəyə səfər edəcək

İsrail Prezidenti Türkiyəyə səfər edəcək

İsrail Prezidenti İsaak Hersoq martın 9-10-da Türkiyəyə rəsmi səfər edəcək.

Bu barədə İsrail Prezidenti Administrasiyası məlumat yayıb.

Məlumata görə, Hersoq xanımı ilə birlikdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya rəsmi səfər edəcək.

Ankarada Beştəpə iqamətgahında rəsmi mərasimlə qarşılanacaq Hersoq Ərdoğanla görüşəcək.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …