Çərşənbə , Fevral 28 2024
Ana səhifə / Dünya / İsrail indiyədək HƏMAS-ın yeraltı tunellərinin 40 %-dən çoxunu dağıda bilməyib – KİV

İsrail indiyədək HƏMAS-ın yeraltı tunellərinin 40 %-dən çoxunu dağıda bilməyib – KİV

İsrail Müdafiə Qüvvələri indiyədək Qəzza zolağında Fələstinin HƏMAS-ın yeraltı tunellərinin yalnız 40 %-dən çoxunu dağıda bilib.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Nəşr ABŞ hökumətindəki mənbələrə istinadən qeyd edir ki, dağıntıların dəqiq həcmini qiymətləndirmək çətindir, çünki Qəzzada neçə tunelin çəkildiyi məlum deyil. Buna baxmayaraq ABŞ və İsrailin bəzi mənbələri yeraltı dəhlizlərin 20-40 %-nin yararsız hala salındığı barədə məlumatlar yayırlar.

Qəzetə görə, əldə edilən nəticə gözləniləndən aşağıdır.

Qeyd edilir ki, tunellərin su basması prosesi çətinləşdirir. Bundan əlavə, İsrail ordusundakı hərbi mütəxəssislər tunellərin içərisində girovların axtarışında deyil, dağıdılmasında ixtisaslaşıb. Çünki silahlıları öldürmək və girovları xilas etmək arasında tarazlığı saxlamaq çətindir, çünki onların hamısı eyni tuneldə yerləşir.

İsrail Müdafiə Qüvvələri 2023-cü ilin sonunda dəniz əməliyyatına başlayıb, bu müddət ərzində Qəzzanın şimalında su nasosları quraşdırılıb. Bu nasoslardan HƏMAS üzvlərinin və yüksək rütbəli rəhbərliyin gizləndiyi yeraltı tunel şəbəkəsini su ilə doldurqmaq üçün istifadə edilir.

Həmçinin oxuyun

Aleksey Navalnının nəşi anasına verildi

Aleksey Navalnının nəşi anasına verilib. Bu barədə siyasətçinin komandası “Telegram” kanalında məlumat yayıb. Onun harada …