Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / İsrail ilk dəfə qondarma “erməni soyqırımı”nı tanımaq üçün iclas keçirəcək

İsrail ilk dəfə qondarma “erməni soyqırımı”nı tanımaq üçün iclas keçirəcək

İsrail parlamenti (Knesset) ilk dəfə qondarma “erməni soyqırımı”nın tanınmasını müzakirəyə çıxaracaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu təklif “Merets” partiyasının sədri Tamar Zandberq tərəfindən Türkiyə-İsrail münasibətlərinin gərginləşməsi fonunda verilib. Parlamentdə təklif əleyhinə çıxan olmadığından məsələnin müzakirəsi qərara alınıb. Knessetin spikeri Yuliy Edelşteyn “Məclis “erməni soyqırımı”nı tanımalıdır. Çünki belə daha düzgün və dürüstdür”, – deyə açıqlamasında bildirib.

Müzakirələrin başlayacağı tarix hələlik açıqlanmayıb.

 

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …