Ana səhifə / Dünya / İslandiyada yenidən tarix müəllimi prezident seçildi

İslandiyada yenidən tarix müəllimi prezident seçildi

İslandiyanın hazırkı prezidenti Qudni Yohannesson ölkədə keçirilən prezident seçkilərində 92,2% seçici səsi ilə qalib gəlib.

Bu barədə “Report” ölkənin RUV teleradio şirkətinə istinadən xəbər verir.

İslandiyada seçkilər dünən keçirilib. Səsvermələrdə ölkənin 168 821 seçicisi iştirak edib. Seçkilərdə iştirak 66,9% təşkil edib.

Yohannessin qələbəsi gözlənilməz olmayıb. Çünki heç bir partiyanın üzvü olmayan 52 yaşlı siyasətçi seçkilərdə mütləq favorit hesab edilirdi. Onun rəqibi biznesmen və siyasətçi Qudmundur Franklin Yonsson olub. Lakin ona seçicilərin 7,8%-i səs verib.

Yohannesson ixtisasca tarixçidir. O, əvvəllər universitetdə rus və alman dillərindən dərs deyib. Yohanesson İslandiya tarixində ən gənc prezident olub. O, 2016-cı ildən ölkəyə başçılıq edib. Həmin vaxt yeni dövlət başçısının 48 yaşı vardı.

Yohanesson prezident seçilənə qədər İslandiya universitetində tarix fənnini tədris edib.

Həmçinin oxuyun

Putinin oteldə unutduğu köynəyi satılır – FOTO

Rusiyanın populyar elan saytlarının birində prezident Vladimir Putinin köynəyinin satışa çıxarılması ölkədə geniş rezonans doğurub, …