Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Dünya / İşləmək üçün ən yaxşı ölkələr açıqlandı

İşləmək üçün ən yaxşı ölkələr açıqlandı

Sinqapur yaşamaq və işləmək üçün ən yaxşı ölkə olub.Oxu.Az Lenta.ru-ya istinadla xəbər verir ki, bununla bağlı “Expat Explorer”in illik sorğusunda məlumat verilib.

Gəlirin səviyyəsinə görə Sinqapur yalnız beşinci yeri tutub. Orada orta illik əməkhaqqı 162,2 min dollar təşkil edib. Ən çox qazanc əldə edilən ölkə isə İsveçdir. Burada orta illik gəlir 202 min dollardır. Onu ABŞ (185,1 min dollar), Honkonq (178,7 min dollar) və Çin (172,7 min dollar) izləyir.

Gəlirlərin səviyyəsinin və həyat səviyyəsinin nisbətinə görə Sinqapurdan sonra Yeni Zelandiya, Almaniya və Kanada gəlir. İsveç bu siyahıda səkkizinci yeri tutur.

İsveç gender bərabərliyinə görə siyahıda lider olub. Onu Yeni Zelandiya, Tailand və İspaniya izləyib.

Həmçinin oxuyun

Gürcüstan parlamenti ilk oxunuşda “rus qanunu”nu qəbul etdi

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.83 deputat “lehinə” səs …