Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Dünya / İŞİD üzvləri ilə evli olan azərbaycanlı qadınlar ölkəmizə deportasiya edilir – QƏRAR

İŞİD üzvləri ilə evli olan azərbaycanlı qadınlar ölkəmizə deportasiya edilir – QƏRAR

İraq hökuməti Mosulun İŞİD-dən azad olunmasından sonra həbs olunan terrorçuların həyat yoldaşlarını deportasiya etməyə hazırlaşır.

Moderator.az Qaynarinfo-ya istinadla xəbər verir ki, hökumət 13 fərqli ölkədən 509 qadın və 813 uşaq deportasiya ediləcək. AFP-yə açıqlama verən Ninova vilayət komitəsinin sədr müavini Nürəddin Kablan Mosul yaxınlığındakı Tel Keifdə saxlanılan İŞİD terrorçuların həyat yoldaşlarının və uşaqlarının Bağdaddakı bir düşərgəyə göndəriləcəyini, ordan isə deportasiya ediləcəyini bildirib.

İŞİD-çilərlə evli olan 509 qadından 300-nün Türkiyə vətəndaşı olduğunu bildirən Kablan “Bu ikinci deportasiya dağlasıdı. Daha iki və ya üç dalğa olacaq” deyib.

Saxlanılan qadın və uşaqlarla bağlı məlumat almağa çalışan Noveç Miqrant Komitəsi həbs olunanların Azərbaycan, Türkiyə, Rusiya və Tacikistan vətəndaşları olduğunu açıqlayıb. Onlardan neçəsinin azərbaycanlı olduğu açıqlanmayıb.

Həmçinin oxuyun

“Elə bilirdik ki, ordumuz güclüdür, amma…” – Erməni biznesmenin etirafları

Erməni cəmiyyəti ayılmağa başlayıb, xalq artıq ölkə rəhbərliyinin nağıllarına inanmır.Bunu “Əl-Cəzirə” telekanalına müsahibə verən Ermənistan …