Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Dünya / İŞİD Kabildə növbəti terror aktını törədib

İŞİD Kabildə növbəti terror aktını törədib

Bazar ertəsi səhər bir qrup naməlum şəxs Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən marşal Fahim adına Hərbi Akademiyaya hücum edib. Nəticədə, 2 hərbçi ölüb, daha 10 nəfər yaralanıb.

TASS xəbər verir ki, bu barədə hərbçilərə istinadən “Pajhwok” agentliyi məlumat yayıb.

Bildirilir ki, hücumu 5 nəfərdən ibarət qrup təşkil edib. Onlardan 3 nəfəri məhv edilib, 1-i saxlanılıb, 1-i müqaviməti davam etdirir.

İŞİD terror qruplaşması hücuma görə məsuliyyəti üzərinə götürüb.

Həmçinin oxuyun

Koçaryan erkən seçkilərdə iştirak edəcək

Ermənistanın ikinci prezidenti Robert Koçaryan növbədənkənar parlament seçkilərində iştirak edəcəyini bildirib. Bu barədə Koçaryan yerli …