Cümə , Fevral 23 2024
Ana səhifə / Dünya / İşçilər müdiri öldürüblər – Qadın olduğuna görə

İşçilər müdiri öldürüblər – Qadın olduğuna görə

Meksikanın Tlaskala ştatında qətl hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.

Məlumata əsasən, Miqel və Oskar adlı 24 yaşlı gənclər müdirləri 19 yaşlı Jasmin Kontrerası boğaraq öldürüblər.  Hadisə onların işlədiklər parça mağazasında baş verib və müşahidə kamerasına düşüb. Onlar qızın cəsədini meşədə basdırıblar.

Oktyabrın 20-də polis cəsədi aşkar edib. Təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılan cinayətkarlar törətdikləri əməli etiraf ediblər. Onlar özlərindən yaşca balaca qadının tabeçiliyində işləyə bilmədikləri üçün öldürdüklərin söyləyiblər. Həmçinin məlum olub ki, Miqelin mərhuma pul borcu da olub.

Yaxın günlərdə hakim qarşısına çıxacaq Miqel və Oskarı 30 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Həmçinin oxuyun

Rusiyanın Qərbdəki aktivləri nəyə xərclənəcək?

Hüquq sahəsi üzrə 10 ekspert G7 ölkələri üçün hazırladıqları arayışda Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsinin beynəlxalq …