Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Dünya / ”Rusiyadakı iş adamı olan dostlarımı, həmyerlilərimi ölkmizdə koronovirusa qarşı mübarizə kompaniyasına qoşulmağa çağırıram”

”Rusiyadakı iş adamı olan dostlarımı, həmyerlilərimi ölkmizdə koronovirusa qarşı mübarizə kompaniyasına qoşulmağa çağırıram”

“Koronovirusa qarşı mübarızəyə dəstək hər birimizin ilk növbədə insanlıq borcumuzdur. Mən də bu kampaniyaya qoşuldum. Dövlət başçısının 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılmış Koronovirusla Mübarizəyə Dəstək Fonduna öz maliyyə köməkliyimi göstərdim. Rusiyadakı iş adamı olan dostlarımı, həmyerlilərimi də ölkəmizdə koronovirusa (COVİD-19) qarşı mübarizəyə dəstək kompaniyasına qoşulmağa cağırıram”.
Bunu “LAMİNA STAR” şirkətinin təsisçisi iş adamı Səhər Niftullayev əməkdaşımızla söhbətində bildirib. O vurğulayıb ki, bu gün bütün dünya Çindən təşəkkül tapan və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunmuş, bəşəriyyət ücün ciddi təhlükə olan koronovirusa qarşı mübarizə aparır.
Azərbaycanda pandemiyanın qarşısını almaq ücün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə vaxtında atılan addımlar. aparılan geniş miqyaslı profilaktik işlər Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən də çox yuksək dəyərləndirilir. Hər birimiz əminik ki, ölkəmiz bu çətin sınaqdan minimum itkilərlə, alnıaçıq çıxacaq. Səhər Niftullayev qeyd edib ki, dövlət başçısının 2020-ci il 19 mart tarixli Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb və bu Fonda qurumlar, iş adamları, vətəndaşlar tərəfindən mütəmadi ödəmələr həyata keçirilir ki, bu da milli həmrəyliyimizin bariz nümunəsidir. Dövlət başçımız daim sahibkarlara hərtərəfli dəstək göstərib, bunun nəticəsidir ki, ölkədə özəl sektorun inkişafına xidmət edən uğurlu dövlət siyasəti aparılır. Pandemiyaya qarşı mübarizə kimi ümummilli məsələnin həllində də dövlətimizin apardığı siyasətə dəstək olmaq bizim ilk növbədə mənəvi vəzifə borcumuzdur.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Mən bunu demişəm, bir daha demək istəyirəm. Biz böyük xalqıq, ən ağır dövrdə birləşə bilirik. Biz birlikdə güclüyük!” şüarı hesab edirəm ki, bu xəstəlik başa çatandan sonra da qüvvədə olacaq.

Həmçinin oxuyun

Türkiyədə son 8 ayın ən yüksək ölümü

Türkiyədə son sutkada 6713 nəfərə COVID-19 diaqnozu qoyulub, 153 nəfər isə bu virusdan ölüb. APA-nın …