Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Dünya / İraqın şimalındakı kürd muxtar əyalətinin hökuməti dağılıb

İraqın şimalındakı kürd muxtar əyalətinin hökuməti dağılıb

İraqın şimalındakı Kürd Muxtar Əyalətində fəaliyyət göstərən “Goran” Dəyişiklik Hərəkatı və “Əl-Cəmaat əl-İslamiyya” partiyaları koalisoya hökumətindəki nümayəndələrini geri çağırdıqlarını açıqlayıblar.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, “Goran” hökumətdən çıxdıqdan sonra nümayəndəsinin yerli parlamentin sədrliyinindən istefa verəcəyni bildirib.

Muxtariyyətin 8-ci hökumətində “Goran”ın təmsilçiləri maliyyə, ticarət, dini işlər, sərmayə nazirliklərinə və “peşmərgə” adlanan silahlılara rəhbərlik edirdilər. Partiya parlamentdə 24 deputatla təmsil olunur.

Xatırladaq ki, 3 gündür muxtariyyətin Süleymaniyyə şəhərində müəllimlər və məmurlar gecikdirilən maaşlarının ödənilməsi tələbi ilə etiraz aksiyası keçirir. Aksiyalar zamanı baş verən toqquşmalarda 5 nəfər ölüb, 93 nəfər isə yaralanıb.

Həmçinin oxuyun

Fransanın müharibə cinayətləri: Holokostdan Afrikaya uzanan qaranlıq tarix

“Washington Post” bu ilin yanvarında Əlcəzair mənşəli fransız jurnalisti Nabila Ramdaninin maraqlı məqaləsini dərc edib. …