Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Dünya / İraqda içməli sudan zəhərlənənlərin sayı 111 mini keçib

İraqda içməli sudan zəhərlənənlərin sayı 111 mini keçib

İraqın cənubunda Bəsrə vilayətində içməli sudan zəhərlənənlərin sayı 111 min nəfər çatıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının Bəsrdəki ofis direktoru Mehdi ət-Tamimi məlumat verib. 

Direktor bildirib ki, komissarlıq bu məsələ ilə bağlı mərkəzi və yerli hökumətdən aydın və ciddi mövqe gözləyir.

Qeyd edək ki, İraqda etiraz aksiyaları iyulun 8-dən liman şəhəri olan Bəsrədə başlayıb. Vəziyyətin gərginləşməsinə işsizlik və kommunal sahədəki vəziyyətin pisləşməsinə etiraz edən nümayişçilərdən birinin ölümü səbəb olub.

Bəsrədə başlayan etirazlar digər vilayətlərə də yayılıb. Etirazçılar hökumətdən elektrik və su təchizatı sahəsindəki kəsintilərə son verməyi tələb edirlər. Situasiya ölkənin cənub vilayətlərində temperaturun 50 dərəcəni keçməsindən sonra daha da dərinləşib.

Həmçinin oxuyun

Avropa Komissiyası İrana qarşı sanksiyaları genişləndirə bilər

Avropa İttifaqının rəhbərliyi aprelin 14-nə keçən gecə İsrailə hücuma görə İrana qarşı sanksiyaların genişləndirilməsi məsələsinə …