Cümə , Noyabr 27 2020
Ana səhifə / Dünya / İraqda etiraz aksiyalarında ölənlərin sayı 100-ə çatıb

İraqda etiraz aksiyalarında ölənlərin sayı 100-ə çatıb

İraqda günlərdir davam edən etiraz aksiyalarında ölənlərin sayı artır. 

Oktyabrın 1-dən bu yana nümayişlərdə ölənlərin sayı 100, yaralıların sayı isə 2 minə çatıb.

Belə ki, yaralılar arasında ölüm riski olanlar da mövcuddur. Nümayişçilərə qarşı mərmi və gözyaşardıcı qazdan istifadə edilir.

Qeyd edək ki, Bağdadda etirazlar çərşənbə axşamından başlayıb. Çərşənbə gününə qədər isə bir neçə əyaləti əhatə edib. Nümayişçilər hökumətin istefasını, korrupsiyaya qarşı mübarizə, habelə yaşayış şəraitinin yaxşılaşdırılması, səhiyyə, təhsil və əmək bazarında problemlərin həllini tələb edirlər. Nümayişlərlə əlaqədar İranla sərhəddəki keçid məntəqələri bağlanıb. Cebhe.info

Həmçinin oxuyun

Madagizdə ayaqlarını itirən erməni əsgər çörək almağa pul tapmır

Qarabağ döyüşlərində məğlub olan Ermənistan ordusunun hərbçiləri səfalət içində yaşayırlar. Sentyabrın 27-də döyüşə gedən 30 …