Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / İraqda 16 türkiyəli qadına ölüm cəzası verildi

İraqda 16 türkiyəli qadına ölüm cəzası verildi

İraq məhkəməsi İŞİD sıralarına qoşulmuş 16  türkiyəli qadını ölüm cəzasına məhkum edib.

“ Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, qadınlar terror hücumlarının törədilməsində terrorçulara yardım göstərdiklərini etiraf ediblər.

Məhkumların məhkəmənin qərarından şikayət vermək hüququna malik olduğu bildirilir.

Türkiyə vətəndaşı olan daha 10 qadın müxtəlif həbs cəzalarına məhkum ediliblər.

Qadınlar uzun müddət İŞİD-in nəzarətində olmuş Mosul və Təl Afar bölgələrində saxlanılıblar.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …