İraq İrana 1,1 milyard dollar cərimə ödəməlidir – Müharibəyə görə

“İraq İranla müharibəyə görə cərimə olaraq 1,1 milyard dollar ödəməlidir”.

Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikası parlamentinin üzvü Mahmud Sadeqi “Twitter” səhifəsində yazıb.

“İran İraqdakı mürəkkəb vəziyyəti nəzərə alaraq əvvəllər (1980-1988-ci illərdəki müharibədən sonra – “Report” ) hərbi kompensasiya tələb etmirdi. İraqın baş naziri Heydər əl-İbadi bu kompensasiyanı ödəməkdənsə, ABŞ-ın İrana qarşı sanksiyalarını dəstəkləyir”, – M.Sadeqi vurğulayıb.

İraqın baş naziri Heydər əl-İbadi ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara münasibət bildirərkən deyib ki, biz İrana qarşı sanksiyalara qoşulmayacağıq, ancaq ona tabe olacağıq: “Ölkəmiz və xalqımız sanksiyalardan yorğun düşüb. Yaranmış şəraitdə İraqın maraqlarından çıxış edəcəyik. Biz dünyanın iqtisadi sistemindən kənarda qala bilmərik”.

Qeyd edək ki, İran-İraq sərhədində 9 nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərir. Qonşu ölkədən İraqa böyük miqdarda ərzaq, tikinti materialları, tibbi ləvazimatlar, elektrik enerjisi və yanacaq ixrac olunur.

Xatırladaq ki, avqustun 7-də ABŞ-ın İrana qarı sanksiyalarının birinci mərhələsi qüvvəyə minib. Sanksiyaların ikinci mərhələsi noyabrın 5-də başlayacaq.

Zdrave universal kremi zdrave forte