Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Dünya / İraq hakimiyyəti Kərkükdəki neft sahələrinə nəzarəti bərpa etdi

İraq hakimiyyəti Kərkükdəki neft sahələrinə nəzarəti bərpa etdi

“Mərkəzi hakimiyyət Kərkükdəki bütün neft sahələri üzərində nəzarəti bərpa edib”.

“Report” xəbər verir ki, bunu İraq Neft Nazirliyinin sözçüsü Asim Cihad bildirib.

“Kərkükdəki bütün neft quyuları və müəssisələrinə nazirliyimiz nəzarət edir. Neft quyuları və müəssisələrinin rəhbərləri, texniki heyəti işdən çıxarılıb”, – o deyib.

Qeyd edək ki, İraqın şimalındakı yerli hökumətin “peşmərgə” adlı silahlı dəstələri 2014-cü ildə Kərkükdəki neft quyularına terrorçu İŞİD qruplaşmasının hücumlarından qurtardıqdan sonra özləri nəzarət etməyə başlayıb.

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …