Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / İraq Baş qərargah rəisi İranda: “Kürdüstan”a hərbi müdaxilə baş tutacaqmı?

İraq Baş qərargah rəisi İranda: “Kürdüstan”a hərbi müdaxilə baş tutacaqmı?

Şimali İraqda keçirilən referendumdan sonra rəsmi Bağdad problemin hərbi yolla həlli arayışlarını artırıb.

Azinforum.az xəbər verir ki, bir neçə gün öncə Ankaraya səfər edən İraqın Baş qərargah rəisi Osman Qənimi dünən yüksək rütbəli hərbi heyətlə Tehrana gedib.

Tehran səfərinin səbəbləri ilə bağlı İraq Müdafiə Nazirliyi tərəfindən yayılan yazılı rəsmi açıqlamada iki ölkə hərbçilərinin əməkdaşlıq və həmrəylik səylərini artırmaq üçün görüşlər keçirəcəyi bildirilsə də, müşahidəçilər əsas məqsədin referendumdan sonra yaranan geopolitik vəziyyəti müzakirə etmək olduğunda həmfikirdirlər.

Hazırda İraqda 10 minlərlə İran əsgərinin Həşdi Şabi qüvvələri arasında döyüşdüyü xəbər verilir. Kürdüstan Demokratik Partiyasından İraq parlamentinə seçilən millət vəkili Şahəvan Abdullahın fikrincə, bu rəqəm hətta 30 mindən yuxarıdır. İranlı “könüllülərin” ayətullah Əli Sistaninin çağırışıyla İraqa gəldikləri təxmin olunur/

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …