Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / İranlı turistlər Türkiyədə qəzaya düşdü: 8 nəfər öldü – FOTO

İranlı turistlər Türkiyədə qəzaya düşdü: 8 nəfər öldü – FOTO

Novruz tətilini qeyd etmək üçün Türkiyəyə gedən 5 nəfərlik iranlı ailə geri qayıdarkən qəzaya düşüb.

“Report” xəbər verir ki, Trabzon səfərindən qayıdan iranlı turistləri aparan avtomobil yoldakı qazıntıya 10 metr qalmış təmir nişanını görmədiyindən 8 metrlik çuxura düşüb.

Bir müddət sonra isə təmir lövhəsinin olmaması səbəbindən mikroavtobus da eyni çuxura düşüb.

Qəza nəticəsində iranlı ailənin hamısı və mikroavtobusda olan üç nəfər dünyasını dəyişib. Hadisə zamanı 4 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı həmin ərazidə inşaat işlərini aparan şirkətin 2 əməkdaşı saxlanılıb.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …