Bazar ertəsi , Sentyabr 20 2021
Ana səhifə / Dünya / İranla Rusiya arasında səfir qalmaqalı böyüyür: “Aşağılıq kompleksi var…”

İranla Rusiya arasında səfir qalmaqalı böyüyür: “Aşağılıq kompleksi var…”

“Rusiyanın İrandakı səfirinin britaniyalı həmkarı ilə birlikdə çəkilmiş şəklinə rəsmi Tehranın kəskin reaksiyası verməsi bu ölkənin aşağılıq kompleksi içərisində olduğunu göstərir”.

Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Yaxın və Orta Şərq Araşdırmaları Mərkəzinin tədqiqatçısı Vladimir Sajin “Vzqlyad” qəzetinə verdiyi açıqlamasında belə deyib.

Ekspertin fikrincə, Rusiya səfirinin bu fotosu, görünür, İran rəsmilərinin yadına 1943-cü ildə keçirilən Tehran konfransını salıb: “Həmin vaxt İranda sovet, ingilis və qismən Amerika qoşunları var idi. Bu, orada vüsət alan nasist təmayülləri yox etmək üçün atılan zəruri addım idi. Bundan əlavə, anti-Hitler koalisiyasının liderləri İran ərazisini istifadə edərək, Sovet İttifaqına ərzaq və hərbi texnika göndərirdilər”.

Ekspertin sözlərinə görə, son vaxtlar İranda İkinci Dünya Müharibəsi dövründəki vəziyyətə mənfi münasibət formalaşıb. “Bu dövrü İran üçün fəlakətli nəticələrə səbəb olan işğal adlandırırlar. Hər şey əksinə olsa da – sovet və ingilis qoşunları ölkəni bir çox cəhətdən xilas etdi”, – deyə şərqşünas vurğulayıb.

“Anladığım qədərilə Rusiyanın Tehrandakı səfiri İngiltərənin yeni səfirini qəbul edib. Bu, adi diplomatik nəzakət nümayişidir. Yəqin ki, Rusiya səfiri ona 1943-cü ildə SSRİ, İngiltərə və ABŞ liderlərinin öz işlərini apardıqları tarixi yeri göstərmək istəyib”, – ekspert Rusiya səfirinin təşəbbüsünü bu cür qiymətləndirib.

“Şəkilə yaxından baxsaq görərik ki, səfirimiz solda, Britaniya səfiri sağda, aralarında boş stul var. Stalin, Ruzvelt və Çörçill 1943 -cü ildə eyni qaydada oturmuşdular. Təbii ki, bu da iranlıların xoşuna gəlməyib”, –  deyən ekspertin fikrincə, İranın adi bir fotoya belə bir kəskin reaksiya verməsi yalnız bir səbəblə izah oluna bilər – “aşağılıq kompleksi” ilə.

“Səfirimiz tərəfindən heç bir protokol xətasına yol verilməyib. Mən hələ səfirlik ərazisi olduğu üçün fotonun Rusiya ərazisində çəkildiyindən də danışmıram. Orada səfir istədiyini edə bilər, şəkil də çəkdirə bilər və s. Ona görə də Tehranın kəskin reaksiyası dostanə olmayan bir jestidir”, – deyən Sajinin fikrincə, Moskva Tehranın bu reaksiyasına mütləq  cavab verməlidir: “Əvvəla, ona görə ki, İran hakimiyyəti bu jestlə, İkinci Dünya Müharibəsindəki qələbənin əhəmiyyətini aşağılayır, ikincisi, həm bu müharibənin, həm də müharibədən sonrakı sülh quruculuğunun taleyini böyük ölçüdə həll etmiş konfransın nəticələrini şübhə altına alır”.

Xatırladaq ki, Rusiyanın İrandakı erməni əsilli səfiri Levan Caqaryan İngiltərənin yeni təyin olunmuş səfiri Simon Sherkliffe ilə “1943 -cü ildə Tehran konfransının keçirildiyi tarixi pilləkəndə” foto çəkdirib, özünün Twitter səhifəsində paylaşmışdı. Şəkildə ən çox diqqəti çəkən məqam səfirlərin Tehran konfransı zamanı Böyük Britaniya, Rusiya liderləri kimi poz vermələri və o dövrün ABŞ prezidenti Ruzveltin yerini isə boş buraxmaları idi. Sanki bu foto ilə səfirlər İranın işğal altında olduğu dövrlərin nostalgiyası ilə yaşadıqlarını büruzə verir və ABŞ təmsilçisinin də öz yanlarında olması arzularını ifadə etməyə çalışırdılar. Səfirlərin bu jestinə İran rəsmilərinin reaksiyası xeyli sərt olmuş, Rusiya elçisi Levan Caqaryan Xarici İşlər Nazirliyinə çağırılıb “niyə belə oturub şəkil çəkdiribsən”, – deyə ondan hesab sorulmuşdu. /Ovqat.com

Həmçinin oxuyun

Rusiyada seçkilərdə bu partiyalar qalib gəlib

Rusiyanın hakim Vahid Rusiya Partiyası Dövlət Dumasına keçirilən seçkilərdə qələbəsini elan edib. Partiyanın ictimai dəstək …