İranla müharibə azı bir ay davam edəcək
İsrail Müdafiə Qüvvələri (IDF) rəhbərliyi İranla müharibənin ən azı bir ay davam edə biləcəyini bəyan edib.
Bildirilib ki, əsas məqsəd Tehranın ballistik raket sistemini məhv etməkdir. Məlumata əsasən, müharibə başlamazdan əvvəl İranın təxminən 460 raket buraxılış qurğusu olub, hazırda onlardan təxminən 150-si qalıb.
Qeyd olunur ki , Eyal Zamirin rəhbərlik etdiyi İsrail hərbi rəhbərliyi əməliyyatları ABŞ ilə koordinasiyalı şəkildə həyata keçirir. Tərəflər əməliyyat sektorlarını, hədəfləri və missiyaları aralarında bölüşdürüblər.
İsrail Baş Qərargahının yüksək rütbəli zabitinin sözlərinə görə, hazırkı vəziyyət İranın hərbi imkanlarını əhəmiyyətli dərəcədə zəiflətmək üçün nadir strateji fürsət yaradır. AzVision.az