İranın təcrübəli siyasətçisinin sürətlə yayıla məktubunda nələr yazılıb?
ABŞ və İsrailin İrana hücumu, Ali Rəhbər Əli Xamenei və bir çox rəhbər şəxslərin öldürülməsindən sonra ölkənin təcrübəli siyasətçisi, dövlət və elm xadimi, 2009-cu ildə prezidentliyə namizəd olmuş Mir Hüseyn Musəvinin yanvar ayında İran hakimiyyətinə ünvalnadığı məktub yenidən gündəmə gəlib.
Mir Hüseyn Musəvi 8-9 yanvar hadisələrindən sonra yaydığı yazılı müraciətində bundan sonra olacaqları çox dəqiq söyləmişdi və hakimiyyətə xəbərdarlıq etmişdi:
O bildirmişdi:
“Artıq yetər! Oyun bitdi!
Xalq yalanlarınıza inanmadığını və bu rejimi istəmədiyini başqa hansı dildə desin? Zülmləriniz yaxanıza yapışdı və əkdiyiniz zəqqum ağacları meyvə verdi. Öz millətinizə qarşı savaş qiyafələrini geydikdə əslində öz kökünüzü qazırdınız. Xalqın yaxşılığını istəyənləri əzəndə və insan haqlarının müdafiəsinə yönəlmiş ən kiçik haqq sözünə belə icazə verməyəndə xarici müdaxilə üçün qırmızı xalı sərirdiniz. Məsləhətləri duymamaq üçün qulaqlarınızı tıxayanda cəhalətinizlə ən dəyərli fürsətləri əldən verirdiniz.
Sizin də vaxtınız çatdı...
Sizdən geriyə qan və zorakılıq dolu bir hekayədən başqa bir şey qalmayacaq.
Artıq yetər! Nə sizin böhranlardan çıxış üçün bir çözümünüz var, nə də millətin nəticə alana qədər sizə etiraz etməkdən başqa bir çarəsi. 8-9 yanvar faciələrini təkrar edə bilməyəcəksiniz. Bu, ordu və təhlükəsizlik qüvvələrinin gec-tez (yəqin ki, tez) daşımaqdan vaz keçəcəyi bir yükdür. Silahınızı yerə qoyun və hakimiyyətdən çəkilin ki, millət bu ölkəni azadlığa bilavasitə özü çatdırsın...”.