Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / İranın Suriyadakı hərbi bazasında güclü partlayış – 20 hərbçi öldü

İranın Suriyadakı hərbi bazasında güclü partlayış – 20 hərbçi öldü

Ötən gün aprelin 14-də axşam Suriyanın Hələb şəhəri yaxınlığına İranın İnqilab Keşikçiləri Korpusunun bazasında güclü partlayış baş verib.

Bu haqda “Reuters” məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində onlarla hərbçi ölüb. Suriya insan haqları monitorinq Mərkəzi hadisənin Hələbdən cənubda baş verdiyini bildirib.

İlkin məlumatlara görə partlayışda azı 20 İran hərbi qulluqçusu ölüb, çoxsaylı hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb. Bəzi şahidlər partlayışdan bir an əvvəl baza üzərində naməlum ölkənin hərbi təyyarələrinin uçduğunu deyirlər. Digər məlumatlara görə bazaya raket zərbəsi endirilə bilərdi.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …