Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / İranın nüvə sazişi üzrə danışıqlar dalana dirənib

İranın nüvə sazişi üzrə danışıqlar dalana dirənib

İranla nüvə sazişinin tam bərpasına dair danışıqlar dalana dirənib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu fikirləri ABŞ dövlət katibinin birinci müavini Vendi Şerman “The Washington Post” qəzetinə müsahibəsində deyib.

“Biz çıxılmaz vəziyyətdəyik – o mənada ki, danışıqların son raundunda İran bizə sərt cavab verdi. Bu, bizim üçün qəbuledilməzdir”, – Şerman bildirib.

O, ABŞ-ın təslim olmaq niyyətində olmadığını vurğulayıb.

“Biz razılaşmanın olub-olmamasından asılı olmayaraq istənilən nəticəyə hazırıq”, – Dövlət katibinin müavini qeyd edib.

Həmçinin oxuyun

Senat Ukrayna və İsrailə yardım paketini təsdiqləyib

ABŞ Senatında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi üçün …