Şənbə , Dekabr 10 2022
Ana səhifə / Dünya / İranın keçmiş prezidentinin qızı HƏBS EDİLDİ

İranın keçmiş prezidentinin qızı HƏBS EDİLDİ

İranın sabiq prezidenti Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi həbs edilib.

Bakupost.az xəbər verir ki, bu barədə İranın Fars informasiya agentliyi məlumat yayıb.

Onun hökumət əleyhinə son iğtişaşlarda iştirak etdiyi və insanları aksiyaya çağırdığı üçün həbs olunduğu deyilir.

Faizə Haşimi mediaya verdiyi müsahibələrdə İranın hazırkı prezidenti İbrahim Rəisini tənqid edərək, onun fəaliyyətindən narazılığını dilə gətirmişdi.

Xatırladaq ki, sentyabrın 13-də hicaba görə saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü İranda kütləvi etirazlara səbəb olub. Gənc qızın polis zorakılığı nəticəsində dünyasını dəyişməsi İran xalqını ayağa qaldırıb. Kütləvi nümayişlər zamanı 76 dinc etirazçı polislər tərəfindən öldürülüb.

Həmçinin oxuyun

“İyrənc və ləyaqətsiz…” – Lukaşenko Merkeli təhqir etdi – VİDEO

“Sən Ollandla getdin və Ukraynanı yanlış yerə yönəltdin. İndi isə özünə haqq qazandırırsan. Bu, iyrənclik …