Cümə , Fevral 3 2023
Ana səhifə / Dünya / İranın hərbi elitası parçalanıb

İranın hərbi elitası parçalanıb

İranın hərbi elitası ölkədə bir neçə aydır davam edən etirazların yatırılması məsələsi ilə bağlı parçalanıb.

Bu barədə Müharibələrin Araşdırma İnstitutu (ISW) məlumat yayıb. Qeyd edilib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) liderlərinin son şərhləri etirazlarla bağlı rejim daxilində və xüsusən də SEPAH daxilində davam edən fikir ayrılıqlarını əks etdirir.

Briqada generalı Həmid Abazari bəzi hərbi liderlərin dəyərlərə, ali liderə və rejimə qarşı çıxdıqlarını deyib və onların iğtişaşlarla necə mübarizə aparacaqlarını müzakirə etdiklərini güman edir.

Abazari həmçinin rəsmiləri etirazları açıq şəkildə pisləmədiklərinə görə tənqid edib. Keçmiş BƏSİC rəisi, briqada generalı, indi elit əks-etiraz bölmələrinin təşkili və təliminə cavabdeh olan Qulam Hüseyn Qeyb Parvar Abazarinin tənqidlərini dəstəkləyib.

İran mediası Abazarini SEPAH komandiri, general-mayor Hüseyn Səlaminin müşaviri adlandırıb. Dekabrın 31-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun ictimaiyyətlə əlaqələr şöbəsi Abazarinin sözlərini rədd edən və onun Salaminin müşaviri olduğunu təkzib edən bəyanat yayıb.

Açıqlamada Abazarinin şəxsi fikrini ifadə etdiyi, lakin etibarlı məlumatlardan istifadə etmədiyi bildirilib.

Abazarinin açıqlamaları onu göstərir ki, SEPAH daxilində yüksək rütbəli zabitlər arasında parçalanmalar mövcuddur. Abazari qeyd edib ki, adını çəkdiyi komandirlər 1980-ci illərdə İran-İraq müharibəsində iştirak ediblər və hazırda generaldırlar. Bu nəslin komandirləri hazırda 50-60 yaşlarındadır və silahlı qüvvələrin yuxarı eşelonlarında xidmət etməyə meyllidirlər.

Həmçinin oxuyun

Rusiya təkcə Ukraynadan deyil, Gürcüstandan da çıxmalıdır – Zurabişvili

“Rusiya sərhədlərinin harada olduğunu öyrənməlidir”. Modern.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili “Bloomberg” …