Bazar ertəsi , May 27 2024
Ana səhifə / Dünya / İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq – Rəisidən ETİRAF

İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq – Rəisidən ETİRAF

İran prezidenti İbrahim Rəisi ölkənin raket və müdafiə imkanları ilə bağlı danışıqlar aparmayacağını bir daha bəyan edib.

Bu barədə “Tasnim” məlumat yayıb.

Prezidenti Qum şəhərində çıxışı zamanı deyib ki, “ölkənin müharibəyə cəlb oluna biləcəyi barədə xəbərdarlıq edənlər var və bunun qarşısını almaq üçün İran hərbi və raket imkanları ilə bağlı güzəştə getməlidir”.

Bununla belə, o, əlavə edib ki, İranın ruhani lideri Ayətullah Seyid Əli Xamenei bu fikri rədd edib və vurğulayıb ki, ölkənin hərbi potensialı və güc komponentləri heç bir halda danışıqlar mövzusu deyil. Raisi İsrailə qarşı son hücumu da şərh edərək, “düşməni palçığa bulaşdıran bu əməliyyatın ölkənin hərbi gücünü nümayiş etdirdiyini” qeyd edib. (Publika.az)

Həmçinin oxuyun

Subasma səbəbindən azərbaycanlıların kompakt yaşadığı 15 kəndlə əlaqə kəsildi – VİDEO

Güclü yağış Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli, Bolnisi, Dmanisi və Tetriskaro rayonlarında ciddi fəsadlara səbəb …