Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Dünya / İranda vəziyyət yenidən gərginləşdi – Xamneyi də Ruhaniyə qarşı

İranda vəziyyət yenidən gərginləşdi – Xamneyi də Ruhaniyə qarşı

İranda iqtisadi böhranla əlaqədar olaraq yenidən başlanan etiraz aksiyalarının ardınca Ali dini lider Ayətullah Xamneyi ölkə başçısını sərt tənqid edərək, ölkənin iqtisadi vəziyyətini təhlükə altına atan şəxslərin mühakimə olunmasının zəruriliyini dilə gətirib.

Avropa.info xarici KİV-ə istinadən xəbər verir ki, İranda Xamneyi cəbhəsində yer alan digər rəsmilər də hökuməti kəskin tənqid etməyə başlayıb.

İran parlamenti iqtisadiyyat komissiyasının sədri Məhəmməd Rza Pur İbrahimi isə Həsən Ruhanidən hökumətdə iqtisadiyyat blokuna rəhbərlik edən şəxslərin dəyişdirilməsini təklif edib.

Vəziyyətlə bağlı parlamentdə media təmsilçilərinə açıqlama verən Pur İbrahimi deyib ki, dövləti iqtisadiyyat blokunu idarə edənlərin bu problemi həll edəcəklərini düşünmür: “Əgər Ruhani ölkə iqtisadiyyatına rəhbərlik edənləri dəyişmək üçün üzərinə düşəni etməzsə, parlament qanunlar çərçivəsində lazımi cəhdləri ediləcək”.

Ölkədəki iqtisadi problemlərin narahatedici səviyyədə olduğunu dilə gətirən Pur İbrahimi əlavə edib ki, iqtisadiyyatın idarəetmə problemi ölkənin mühüm məsələlərindən biridir. “İcra orqanı lazımi qərarları alacaq. Hökumət də lazımi addımları atmalıdır”, – o deyib.

Bundan əlavə, Pur İbrahimi, iqtisadiyyatdakı pis vəziyyətlə bağlı olaraq parlamentin büdcə komissiyası ilə birlikdə Ruhaniyə məktub ünvanladıqlarını bildirib.

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …