Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / İranda uranı zənginləşdirən zavod işə düşdü – 9 ildən sonra yenidən

İranda uranı zənginləşdirən zavod işə düşdü – 9 ildən sonra yenidən

İranda 9 ildən sonra nüvə yanacağı istehsal edən əsas zavod yenidən fəaliyyətə başlayıb.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, zavod İslam Respublaksının ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin tapşırığı ilə işə salınıb.

Bununla da son 9 ildə ilk dəfə İranın İsfahan şəhərində UF6 (Uran-6-Florid) hasilatı, uranın zənginləşdirilməsi üçün sentrafuqlar işə düşüb.

Zavodun açılışına səbəb ABŞ-ın İranın nüvə proqramına dair Əhatəli Birgə Fəaliyyət Planı müqaviləsindən çıxması göstərilir.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …