Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Dünya / İranda turisti içki içdiyi üçün şallaqladılar

İranda turisti içki içdiyi üçün şallaqladılar

İranın şərqindəki  Tabas şəhərinin şəriət və inqilab prokuroru bir xarici turistin spirtli içki içdiyi üçün 80 şallaq cəzasına məhkum edildiyini bildirib. Virtualaz.org İran KİV-lərinə istinadən xəbər verir ki, fevralın 1-də həmin turistə publik qaydada 80 şallaq vurulub.

Prokuror Əmir Zare Hüseyni bildirib ki, bütün “hüquqi prosedur” və hökmün icra edilməsi beş saat ərzində tamamlanıb. Onun sözlərinə görə, hökmdən şikayət verilməyib və nəticədə dərhal icraya yönəldilib.

“İnternetdə yayılmış videoroliklərdə adam alkoqol içib və məhkəmə prosedurandan sonra hökm çıxarılıb. Şəxs hökmdən şikayət vermədiyi üçün icraya yönəldilib”,-o deyib.

Prokuror bildirib ki, turistləri daşıyan avtobusda yarım litrdən çox alkoqol aşkar edilib. Şəriət qanunları isə alkoqol içməyə görə 80 şallaq cəzası nəzərdə tutur.

Prokurorun dediyinə görə, ötən şənbə günü yanvarın 31-də bir neçə xarici turist Tabas şəhərində tur zamanı alkoqol içiblər və onlar sonradan “öz cinayətlərini etiraf ediblər”. O əlavə edib ki, turizm ölkə iqtisadiyyatı üçün xeyirldir, amma turistlər İslam Respublikasının qanunlarına əməl etməlidir.

“Əgər kimsə qanunun normalarını pozarsa bu günkü işlə bağlı olduğu kimi, onların da məsələsinə 5 saatda da az vaxtda bütün ciddiyyət və qətiyyətlə baxılacaq”,-prokuror deyib.

İçki içdiyi üçün şallaqlanan turistin kimliyi və hansı ölkədən olduğu açıqlanmır.

Həmçinin oxuyun

Gürcüstan parlamenti ilk oxunuşda “rus qanunu”nu qəbul etdi

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.83 deputat “lehinə” səs …