Şənbə , Yanvar 23 2021
Ana səhifə / Dünya / İranda toqquşmalarda 25 nəfər ölüb

İranda toqquşmalarda 25 nəfər ölüb

İran məhkəmə hakimiyyəti bir neçə gün öncə ölkədə baş verən toqquşmalarda ölənlərin sayını açıqlayıb.

Sputnik Azərbaycan Press TV-yə istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, 25 nəfər ölüb, 400 nəfər həbs edilib.

Qeyd edək ki, bundan əvvəl 22 nəfərin öldüyü, 450 nəfərin tutulduğu bildirilirdi.

Xatırladaq ki, ötən ilin dekabrın 28-dən başlayaraq İranın Tehran, Məşhəd, İsfahan və Rəşt kimi iri şəhərlərində sosial xarakterli kütləvi aksiyalar keçirilib. İran hakimiyyəti aksiyaların yanvarın 3-də başa çatdığını elan edib.

Həmçinin oxuyun

Paşinyan: “Bayden gəldisə, Putin gedə bilər” – VİDEO

Ermənistanın Baş naziri Kremli və şəxsən Putini aldatmağa davam edir. Amma bu dəfə heç nə …