Bazar ertəsi , Oktyabr 18 2021
Ana səhifə / Dünya / İranda təyyarənin vurulma anını videoya çəkən şəxs saxlanıldı

İranda təyyarənin vurulma anını videoya çəkən şəxs saxlanıldı

İran İslam İnqilabı Keşikçiləri Korpusu Tehranda Ukrayna beynəlxalq hava yollarına məxsus təyyarənin raketlə vurulduğu anı videoya çəkən şəxsi saxlayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Müəllifin tutulmasından sonra araşdırma planlaşdırılır və nəticəsi sonradan açıqlanacaq.

Xatırladaq ki, “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də Tehrandan havaya qalxdıqdan iki dəqiqə sonra vurulub. Göyərtədəki 176 nəfərin hamısı ölüb.

Rəsmi Tehran təyyarənin səhvən İran hərbi qüvvələri tərəfindən vurulduğunu açıqlayıb.

Həmçinin oxuyun

“5-ci dalğa başladı: Noyabr ayı çox çətin olacaq”

“Yoluxanların sayı ciddi şəkildə artıb və bu, 5-ci dalğanın başlanğıcıdır. Təəssüf ki, bu dalğa kifayət …