Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Dünya / İranda sünni qadın səfir təyin edildi

İranda sünni qadın səfir təyin edildi

İranda sünni təriqətli qadın səfir təyin edilib.

Hümeyra Rigi Bruneyə səfir göndərilib.

Qeyd edək ki, Hümeyra Rigi 1979-cu il inqilabından sonra səfir təyin edilən üçüncü xanım diplomatdır. Belə ki, o, Malayziyaya səfir olaraq göndərilən Mərziyə Afham və Finlandiyaya göndərilən Pərvin Fərşçidən sonra inqilabdan bəri səfir olan üçüncü qadın olub.

Hümeyra Riqi bundan öncə Sistan və Bəlucistan əyalətlərinə bağlı Çabahar rayon icra nümayəndəsi olaraq çalışıb.

O həm də İranın ilk sünni səfiri olaraq tarixə düşüb.

Həmçinin oxuyun

Əkrəm İmamoğlu koronavirusa yoluxub

Türkiyə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. APA-nın …