Bazar , Oktyabr 25 2020
Ana səhifə / Dünya / İRANDA SÜLEYMANİ İLƏ VİDA MƏRASİMİ – Tehranda böyük izdiham + FOTOLAR + VİDEO

İRANDA SÜLEYMANİ İLƏ VİDA MƏRASİMİ – Tehranda böyük izdiham + FOTOLAR + VİDEO

İranın paytaxtı Tehran şəhərinin Azadi meydanına çıxan prospektlərdə böyük izdiham var. Buna səbəb iranlı general Qasım Süleymani ilə vida mərasiminin keçirilməsidir.

Qeyd edək ki, ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülən general Qasım Süleymaninin cənazəsi ötən gecə Tehrana gətirilib. Onun üçün Ayətullah Xameneinin rəhbərliyi ilə Tehran Universitetində cənazə namazı qılınıb.

İran KİV-i şəhərdə küçələrə milyonlarla insanın axışdığını qeyd edir. Vida mərasiminə qatılanlar ABŞ əleyhinə sərt şüarlar səsləndirir və dərhal intiqamın alınmasını istəyirlər.

Qeyd edək ki, burada vida mərasimi bitdikdən sonra Qasım Süleymaninin cənazəsi dəfn üçün Kirman şəhərinə yola salınacaq.

Əbu Mehdi Mühəndisin cənazəsi isə Nəcəfə yola salınacaq və Vadius-Salam qəbiristanlığında dəfn ediləcək.

Həmçinin oxuyun

Əkrəm İmamoğlu koronavirusa yoluxub

Türkiyə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. APA-nın …