Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / İranda sel fəlakəti davam edir: altı mərtəbəli bina çökdü

İranda sel fəlakəti davam edir: altı mərtəbəli bina çökdü

İranda iki həftədir davam edən sel fəlakəti nəticəsində ölənlərin sayı 62-yə çatıb.

“Fars” agentliyinin məlumatına görə, bununla bağlı İranın Təcili Yardım Təşkilatının sədri Əhməd Şucai açıqlama verib.

Onun sözlərinə görə, ümumilikdə fövqəladə vəziyyət səbəbindən 96 kənd tamamilə boşaldılıb.

Hadisələr zamanı 500-ə yaxın insan xəsarət alaraq, xəstəxanalara yerləşdirilib.

Bundan başqa, İranın Loristan əyalətinin Poldohter şəhərində sel səbəbindən altı mərtəbəli bina çöküb.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …