Bazar , Noyabr 29 2020
Ana səhifə / Dünya / İranda qadınların kütləvi həbsi

İranda qadınların kütləvi həbsi

İranda nümayişlər zamanı başlarını açan 29 qadın həbs edilib.

Virtualaz.org bildirir ki, bu barədə Tasnim News məlumat yayıb.

Qeyd olunur ki, həbslər “Ağ çərşənbə” adı ilə tanınan hicab əleyhinə kampaniyaya qarşı mübarizənin bir hissəsidir.

Kampaniyaya görə, hər çənşənbə günü qadınlar ağ baş örtüklərini çıxarmalıdır.

Məlumatda həbslərin nə zaman və harada həyata keçirildiyi bildirlməyib.

Virtualaz.org xatırladır ki, İranda hakimiyyətin 38 ildir qadınlara tətbiq etdiyi geyim qaydalarına etiraz olaraq zərif cinsin nümayəndələri son vaxtlar Tehranın müxtəlif yerlərində aksiya keçiriblər.

Belə ki, 2017-ci il dekabrın 27-də 1,5 yaşlı körpə qız anası, 31 yaşlı Vida Müvəhid Tehranın İnqilab prospektində baş örtüyünü bayrağa çevirərək saçları tökülmüş vəziyyətdə etiraz aksiyası keçirmişdi. İranlı hüquq müdafiəçisi Nəsrin Sütudə polisin həmin gün qadını həbs etsə də, yanvarın 28-də sərbəst buraxdığını bildirmişdi.

Yanvarn 29-da isə Vida Müvəhidin hərəkətini bir neçə qadın təkrarlamışdı.

Bildirildiyinə görə, ictimaiyyət arasında başını açan qadınları 2 aylıq həbs və ya 25 dollar cərimə gözləyir.

Həmçinin oxuyun

“Bu faciəyə səbəb olan hökumət getməlidir” – Armen Sarkisyan

“Belə böyük faciənin baş verdiyi hər bir ölkədə yalnız bir həll yolu var: buna səbəb …