Ana səhifə / Dünya / İranda ona işgəncə verən ərini öldürən qadın asıldı

İranda ona işgəncə verən ərini öldürən qadın asıldı

İranda əri tərəfindən verilən işgəncələrə dözməyib onu öldürən 24 yaşlı Zeynəb Sekaanvand edam olunub.

Virtualaz.org xəbər verir ki, bu barədə İran Milli Müqavimət Şurasının Qadınlar Komitəsi öz internet səhifəsində məlumat yayıb.

Z. Sekaanvandın yaxınlarının bildirdiyinə görə, o Urmiya Mərkəzi Həbsxanasında asılıb.

Müqavimət Şurası Z. Sekaavandın asılmasını pisləyib, insan haqları müdafiəçilərini İrandakı edamlara qarşı çıxmağa çağıran bəyanatla çıxış edib.

Bir qədər əvvəl Beynəlxalq Əfv Təşkilatı da iranlı səalhiyyətli şəxslərə səslənərək Sekaanvandla bağlı çıxarılan edam qərarının dərhal ləğv olunmasını tələb etmişdilər.

Zeynəb Sekaanvandın 2008-ci ildə 15 yaşında olarkən Hüseyn Sarmadi adlı şəxslə evləndirildiyi bildirilir. Evlililiyin ilk illərindən mütəmadi olaraq şiddət və zorakılığa məruz qalan qadın bir neçə dəfə boşanmaq istəsə də, əri buna razılıq verməyib. Polisə dəfələrlə şikayət etsə də, problemi heç vaxt araşdırılmayıb.

Xatırladaq ki, H. Sarmadi evliliklərindən dörd il sonra, 2012-ci ildə bıçaqlanaraq öldürülmüş halda tapılıb. Polis hadisə ilə əlaqədar Zeynəb Sekaanvandı saxlayıb və o, polis bölməsində 20 gün ərzində kişi polislər tərəfindən işgəncələrə məruz qalıb. 2014-cü ildə isə onun edamı ilə bağlı qərar verilib.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …