Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / İranda ölənlərin sayı 12-yə çatdı

İranda ölənlərin sayı 12-yə çatdı

Xəbər verdiyimiz kimi, İranın bir çox şəhərində sosial-iqtisadi vəziyyətin çətinliyi ilə əlaqədar minlərlə insan aksiya keçirir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, polislə qarşıdurmalarda 12 nəfər ölüb.

Yaralıların sayı barədə məlumat verilməyib. 50-yə yaxın etirazçı isə həbs edilib.

Qeyd edək ki, aksiyalar artıq siyasi çalar almağa başlayıb. Hətta ABŞ başda olmaqlar digər ölkələr də aksiyalar barədə rəsmi münasibətlər bildiriblər.

Ölkə başçısı Həsən Ruhani isə etirazçılara səslənərək sabitliyi pozmamağa çağırıb. Həmçinin sosial vəziyyətin düzəldiləcəyinə söz verib.

Həmçinin oxuyun

Senat Ukrayna və İsrailə yardım paketini təsdiqləyib

ABŞ Senatında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi üçün …